Qala
10 Nisan 2015 Cuma
5 Nisan 2015 Pazar
Qalaların əhəmiyyəti

QALALARIN
ƏHƏMİYYƏTİ
Dünyanın çox görkəmli alimləri uzun axtarışlardan sonra nəticəyə gələrək bir xəritə yaratmışlar və bu xəritəyə " Avropanın ən qədim sakinləri " adını vermişlər.Bu xəritəyə ulu tarixə, şanlı keçmişə malik olan tək-tək məmləkətlərin adı daxil edilib.Onlardan biri də doğma Azərbaycanımızdır.Belə bir sual canlanır ağlımızda :Niyə?Azərbaycan nə ilə fərqlənir axı?
-Çünki Azərbaycanımızın qədim tarixə malik olmasını sübut edən dəlillərimiz,maddi mədəniyyət nümunələrimiz var.Hansı ki,bu maddi mədəniyyət nümunələrinin bir hissəsini də qalalarımız təşkil edir.Azərbaycanda olan qalaların bir hissəsi də bizim rayonumuzun -İsmayıllının payına düşür.Bu qalaları araşdırdıq,öyrəndik və bizim üzərimizə düşən bir öhdəlik də bu qalaları qorumaqdır.Biz bu qalaları niyə araşdırdıq,niyə öyrəndik və yaxud da ki niyə qorumalıyıq?
-Çünki bu qalalar bizim tariximizin bir hissəsidir.Vətənin tarixinə yalnız keçmiş kimi baxmaq olmaz.Keçmişimizin tarixi həm də bu günümüzün və gələcəyimizin bünövrəsidir.Hər bir möhtəşəm bina öz bünövrəsi üzərində dayandığı kimi,xalqların bu günü və gələcəyi də onların tarixi üzərində ucalır.Tarixi keçmişimizi öyrənməklə biz öz xalqımızın ,qədim dövlətlərimizin dünya tarixindəki yerini və rolunu müəyyən edə bilirik.Axı tariximizi bilməsək ermənilərə necə sübut edə bilərik ki,Azərbaycan torpaqları biz azərbaycanlıların əzəli torpaqlarıdır?Axı Azərbaycanın hər qayasında,hər daşında,hər addımında bizim babalarımızın izi var?Necə ki bizə qədər bu abidələr qorunub saxlanıb,biz də bu abidələri gələcək nəsillərə ötürməyə borcluyuq.Vətəni sevmək,qorumaq hissi hər bir azərbaycanlının canında və qanında olmalıdır.Biz düşünürük ki, təkcə İsmayıllıda olan qalaları deyil,bütün Azərbaycan qalalarını araşdırıb öyrənməli,həm də onları qorumalıyıq.Eyni zamanda təkcə tariximizin bir hissəsi olan qalaları deyil,həm də Azərbaycan tarixinin,Azərbaycan xalqının izi olan bütün tarixi mənbələri qorumalıyıq.
Təəssüfki,tarixin sərt sınaq və imtahanına məruz qalmış bu
yadigarlar (abidələr, qalalar) insan əli ilə qurulduğu kimi, insan əli ilə də tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmış və hətta, bəziləri yerləyeksan olunmuşdur. Amma bu da möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən öz-özünü hifz etmiş və bizim əsrimizə qədər bir neçə min illik ömür

yaşamışlar.Yenə də Tanrının sevimli bəndələriyik ki,özümüzü,vətənimizi dünya xalqları içərisində tanıtmağa kifayət qədər dəlillərimiz var.Gəlin əl-ələ verək tariximizi qoruyaq,yaşadaq tanıdaq ki,özümüz də yaşayaq,tanınaq. Tariximizin qorunub saxlanılmasında hər birimizin zərrə qədər də olsa,rolu olarsa bütöv tariximiz yaşayar.Tarix həm də bizim ibrət dərsimizdir.Tariximizi qoruyaq ki,tarixən başımıza gələn bəlaların səbəblərini bilək, günahkarlarını yaxşı tanıyaq ki, bir də bu bəlalara düşar olmayaq.Qalalar və didər maddi mədəniyyət nümunələri bu qədər önəmli olmasaydı ermənilər Qarabağımızı işğal edərkən ilk öncə bu abidələri yerlə yeksan etməzdi.Onlar bu torpaqlardan bizim izimizi itirməyə çalışırlar.Amma azərbaycanlılar hərzamankı kimi tarixin bu sınağından da mərdliklə çıxacaqlar.
3 Nisan 2015 Cuma
İsmayıllı qalaları
•
İsmayıllıda hansı tarixi qalalar var?
Bu qalaların adlarını,yerləşdiyi
yeri(hansı kənddə,hansı çaya yaxın yerləşməsini),nə vaxt tikilməsini,vaxtı ilə hansı məqsədlə
istifadə olunmsaını müəyyən edin.
Biz Azərbaycanımızı,eyni zamanda yaşadığımız İsmayıllı rayonunu çox sevirik.Ona görə də tariximizin bir parçası olan İsmayıllı qalalarını araşdırmaq bizim üçün çox maraqlı oldu.Araşdırmalarımız nəticəsində rayonumuzda olan 9 qalanın
olduğunu ( Biri şəhət tipli qala-Basqal,qalanları isə müdafiə tipli qalalar) müəyyən edə bildik.Bu qalalar aşağıdakılar

1.Cavanşir qalası - İsmayıllı rayonunun Talıstan ərazisində yerləşən qala Qafqaz Albaniyasının Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir.
Qala İsmayıllı rayonunun Talıstan kəndindən
4 km
şimalda,Ağcaçayın
sağ sahilində yerləşir. Əsas hissə və "içqala"dan ibarətdir. Əsas
hissənin cənub divarlarının qalınlığı 2 m , hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün
olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Qalanın şimal qurtaracağında eni 2
m , uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari
bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən
"Qız qalası"na yeraltı yolun olması güman edilir. Qalanın həyətində
heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb
divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır.
Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə
qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km . məsafəni isə piyada və
ya atla qət etmək lazımdır.Bu qala VII əsrdə
tikilib.
2. Girdiman qalası — Girdiman qalası əsası VII əsrdə qoyulmuş qədim Qafqaz Albaniyasının Girdiman vilayətinin mərkəzi – indiki Lahıc qəsəbəsinin
olduğu güman edilir. Rayon mərkəzindən 37 km şərqdə Girdimanın sol sahilində yerləşir. Erkən orta əsrlərdə Girdiman
vilayətinin, daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla bərabər,
eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası olub. Lahıc qəsəbəsində 1980-cı ildə yaradılmış Tarix və Mədəniyyət Qoruğu
fəaliyyət göstərir. Qoruq ərazisində 93 ədəd tikili tarix və mədəniyyət abidəsi
mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22-si isə müxtəlif
təyinatlı tikililərdir. Qoruğun ərazisi 80 hektardır. Lahıc – Bakı – Laqodexi şossesinin
163 km-dən şimali şərqə 27 km
məsafədə yerləşir. Lahıca avtomobillə getmək olar.
3.FİT QALASI — Şirvanşahların son iqamətgahı olub. Bu qala Şamaxı şəhərindən 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında yerləşir və Lahıc dağları ilə əhatə olunub. Fit qalası əlçatmaz bir yerdə
yerləşir. Divarların eni 3 metrdir. Divarların müəyyən hissəsi uçduğundan tam
olaraq hündürlüyü məlum deyil. Lakin divarların hündürlüyünün ən azı 5 metr
olduğu güman edilir. Dağın ən hündür yerində xan evi adlanan böyük bina
yerləşir. Bəzi tədqiqatçılar bu qalanın hətta III əsrdə Qafqaz Albaniyası dövründə də müdafiə qalası olduğunu bildirirlər. Başqa
məlumatlarda isə qala Şirvanşahlar dövrünə aid edilir. Şirvan xanı Mustafa xan Fit qalasının ətrafında üç arşın enində divar
tikdirmişdir. 1795-ci ildə Ağa Məhəmməd şah Qacların hücumu zamanı Mustafa xan Fit
qalasında müdafiə olunmuşdu. Qaladan XVIII əsrin sonlarına kimi istifadə olunub.
4.Qız qalası. Qala İsmayıllı rayonunun Xanəgah kəndində
yerləşir.Qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədi ilə
tikildiyi güman edilir.İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının
ərazisində yerləşir. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt
yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş
müdafiə istehkamıdır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənmişdir.
Abidənin şimal hissəsində sahəsi 300
m2 olan terrasda "içqalası"ından Talıstan
kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman
edilir. Qalaya gedən yolun üstündə "Qız qalası" istirahət mərkəzi
yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən
yolun son 1 km-ni piyada çıxmaq lazımdır.
5.Qasımxan qalası -İsmayıllı rayonunun Qalacıq kəndi yaxınlığında kənddən təqribən 7–8 km şimalda Göyçay çayının mənbəyinə yaxın bir sahədə, "səngər"
adlanan ərazidə, qayaların üstündə yerləşir. Qalanın mövcudluğu yalnız torpaq
səddən və kərpic qırıntılardan məlum olur. Rayon ərazisində ən çox dağıntıya
məruz qalan tarixi abidələrdəndir. "Qasımxan" qalasının XVIII əsrdə
tikilməsi güman edilir. Qədim zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun qalıqları indi də müşahidə
olunur. Qala müdafiə məqsədli istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu
yoxdur. Son 2 km-ə qədər yolu atla və ya piyada getmək lazımdır.
..
6.XAN QALASI- Qala İsmayıllı rayonu
ərazisindədir.Xan qalası adı ilə məlum olan abidədən bu gün bir neçə metr
uzunluğu olan nisbətən hündür daş divar qalıb. Bu qala divarlarının
qalıqlarıdır. Qalanın içərisində saray – kompleksi – Şirvan hakimlərinin yay
iqamətgahı olub. Həmin saray kompleksinə aid olan otaqlardan ikisi Azərbaycan Milli Elmlər Akademiyasının
əməkdaşları tərəfindən bir neçə il əvvəl təmizlənmişdir. Qalanın XII – XIII
əsrlərdən gec olmayaraq tikildiyi güman edilir. Qalaya
avtomobilə getmək olar.
7.Haram qalaısı- Qala İsmayıllı rayonunun Sulut kəndi
yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan və təbii cəhətdən son
dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya
"Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Kirəc
məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən
hissələrini nəzərə almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə
"Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri
dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl
qız (hərəm) saxlayırmış və onların bir – birindən xəbəri olmazmış. Belə fikir
yürüdülür ki, "Haram qalası" doğurdan həm də hərəm qalası olub. Qalaya
Sulut kəndinə qədər avtomobillə kənddən qalaya qədər yolu isə piyada və ya atla
getmək lazımdır
9. Basqal - Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.
İSMAYILLI QALALARI
QALALAR
Zamanın sərt dönəmlərindən keçib günümüzə qədər yol gələrək sözün həqiqi mənasında tariximizə iz salan maddi mədəniyyət nümunələri arasında qalaların öz yeri var. Qalaların folklor nümunələrində öz əksini tapması heç də təsadüfi deyil. Yadellilərin hücumlarının qarşısının alınmasında onların əvəzsiz rolu barədə əfsanəyə bənzər kifayət qədər həqiqətləri bugünümüzə çatdıran hekayətlər və rəvayətlər çoxdur.
Qalalar uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan strateji əhəmiyyəti olan məntəqə deməkdir.
İlk
qalalar hələ ibtidai icma cəmiyyətində
yaranmağa başlamışdı.Bu qalalar möhkəmləndirilmiş məsgənlər şəklində olub.Bu
məsgənlər torpaq bəndlər,ağac,kərpic,
daş
və s. ilə əhatə olunurdu.Sonralar hasarların ətrafına su ilə doldurulmuş
xəndəklər qazmağa başladılar.İnşaat işləri təkmilləşdikcə şəhərlərin ətrafında
kvadrat
və ya dairəvi
şəkilli divarlar çəkilməyə başladılar.Quldar dövlətlərin bir çox şəhərləri
həm də qala idi.Qalanın içərisində sonuncu dayaq məntəqəsi kimi içqala
tikilirdi.
Azərbaycanda ən qədim qalalar siklopik tikintiləridir. Azərbaycanda qalaların əsasən üç tipi olmuşdur:
1.Məbədləri və din xadimlərinin əmlakını qorumağa xidmət
edən qalalar.
2.Feodal şəhərlərinin yaranması ilə meydana gəlmiş şəhərtipli
qalalar.
3. Sığınacaq rolu oynayan qalalar.
Ərazisində qalaların çox və əksəriyyətinin də alban dövlətinin yadigarı olmasına görə Kəlbəcər və İsmayıllı rayonları daha çox
fərqlənir.
fərqlənir.
Kaydol:
Yorumlar (Atom)