3 Nisan 2015 Cuma

İSMAYILLI QALALARI

                              
                                      QALALAR


Zamanın sərt dönəmlərindən keçib günümüzə qədər yol gələrək sözün həqiqi mənasında tariximizə iz salan maddi mədəniyyət nümunələri arasında qalaların öz yeri var. Qalaların folklor nümunələrində öz əksini tapması heç də təsadüfi deyil. Yadellilərin hücumlarının qarşısının alınmasında onların əvəzsiz rolu barədə əfsanəyə bənzər kifayət qədər həqiqətləri bugünümüzə çatdıran hekayətlər və rəvayətlər çoxdur.
Qalalar uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan strateji əhəmiyyəti olan məntəqə deməkdir.
 İlk qalalar  hələ ibtidai icma cəmiyyətində yaranmağa başlamışdı.Bu qalalar möhkəmləndirilmiş məsgənlər şəklində olub.Bu məsgənlər torpaq bəndlər,ağac,kərpic,
daş və s. ilə əhatə olunurdu.Sonralar hasarların ətrafına su ilə doldurulmuş xəndəklər qazmağa başladılar.İnşaat işləri təkmilləşdikcə şəhərlərin ətrafında kvadrat
və ya dairəvi şəkilli divarlar çəkilməyə başladılar.Quldar dövlətlərin bir çox şəhərləri
həm də  qala idi.Qalanın içərisində  sonuncu dayaq məntəqəsi kimi içqala tikilirdi.
Azərbaycanda ən qədim qalalar siklopik tikintiləridir.  Azərbaycanda qalaların əsasən üç tipi olmuşdur:
 1.Məbədləri və din xadimlərinin əmlakını qorumağa xidmət 
edən qalalar
2.Feodal şəhərlərinin yaranması ilə meydana gəlmiş  şəhərtipli 
qalalar.
      3.  Sığınacaq rolu oynayan qalalar. 
Ərazisində qalaların çox  əksəriyyətinin  alban dövlətinin yadigarı olmasına görə Kəlbəcər  İsmayıllı rayonları daha çox
fərqlənir.

Hiç yorum yok:

Yorum Gönder