5 Nisan 2015 Pazar

Qalaların əhəmiyyəti

Montage создан Bloggif
   QALALARIN           
                    ƏHƏMİYYƏTİ
      Dünyanın  çox görkəmli alimləri uzun axtarışlardan sonra nəticəyə gələrək bir xəritə yaratmışlar və bu xəritəyə " Avropanın ən qədim sakinləri " adını vermişlər.Bu xəritəyə ulu tarixə, şanlı keçmişə malik olan tək-tək məmləkətlərin adı daxil edilib.Onlardan biri də doğma Azərbaycanımızdır.Belə bir sual canlanır ağlımızda :Niyə?Azərbaycan nə ilə fərqlənir axı?
   -Çünki Azərbaycanımızın qədim tarixə malik olmasını sübut edən dəlillərimiz,maddi mədəniyyət nümunələrimiz var.Hansı ki,bu maddi mədəniyyət nümunələrinin bir hissəsini də qalalarımız təşkil edir.Azərbaycanda olan qalaların bir hissəsi də bizim rayonumuzun -İsmayıllının payına düşür.Bu qalaları araşdırdıq,öyrəndik və bizim üzərimizə düşən bir öhdəlik də bu qalaları qorumaqdır.Biz bu qalaları niyə araşdırdıq,niyə öyrəndik və yaxud da ki niyə qorumalıyıq?
   -Çünki bu qalalar bizim tariximizin bir hissəsidir.Vətənin tarixinə yalnız keçmiş kimi baxmaq olmaz.Keçmişimizin tarixi həm də bu günümüzün və gələcəyimizin bünövrəsidir.Hər bir möhtəşəm bina öz bünövrəsi üzərində dayandığı kimi,xalqların bu günü və gələcəyi də onların tarixi üzərində ucalır.Tarixi keçmişimizi öyrənməklə biz öz xalqımızın ,qədim dövlətlərimizin dünya tarixindəki yerini və rolunu müəyyən edə bilirik.Axı tariximizi bilməsək ermənilərə necə sübut edə bilərik ki,Azərbaycan torpaqları biz azərbaycanlıların əzəli torpaqlarıdır?Axı Azərbaycanın hər qayasında,hər daşında,hər addımında bizim babalarımızın izi var?Necə ki bizə qədər bu abidələr qorunub saxlanıb,biz də bu abidələri gələcək  nəsillərə ötürməyə borcluyuq.Vətəni sevmək,qorumaq hissi hər bir azərbaycanlının canında və qanında olmalıdır.Biz düşünürük ki, təkcə İsmayıllıda olan qalaları deyil,bütün Azərbaycan qalalarını araşdırıb öyrənməli,həm də onları qorumalıyıq.Eyni zamanda təkcə tariximizin bir hissəsi olan qalaları deyil,həm də Azərbaycan tarixinin,Azərbaycan xalqının izi olan bütün tarixi mənbələri qorumalıyıq.
 Təəssüfki,tarixin sərt sınaq  imtahanına məruz qalmış bu
 yadigarlar (abidələr, qalalar) insan əli ilə qurulduğu kimi, insan əli ilə  tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmış  hətta, bəziləri yerləyeksan olunmuşdur. Amma bu da möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən öz-özünü hifz etmiş  bizim əsrimizə qədər bir neçə min illik ömür
 yaşamışlar.Yenə də Tanrının sevimli bəndələriyik ki,özümüzü,vətənimizi dünya xalqları içərisində tanıtmağa kifayət qədər dəlillərimiz var.Gəlin əl-ələ verək tariximizi qoruyaq,yaşadaq tanıdaq ki,özümüz də yaşayaq,tanınaq. Tariximizin qorunub saxlanılmasında hər birimizin  zərrə qədər də olsa,rolu olarsa bütöv tariximiz yaşayar.Tarix həm də bizim ibrət dərsimizdir.Tariximizi qoruyaq ki,tarixən başımıza gələn bəlaların səbəblərini bilək, günahkarlarını yaxşı tanıyaq ki, bir də bu bəlalara düşar olmayaq.Qalalar və didər maddi mədəniyyət nümunələri bu qədər önəmli olmasaydı ermənilər Qarabağımızı işğal edərkən ilk öncə bu abidələri yerlə yeksan etməzdi.Onlar bu torpaqlardan bizim izimizi itirməyə çalışırlar.Amma azərbaycanlılar hərzamankı kimi tarixin bu sınağından da mərdliklə çıxacaqlar.
Montage создан Bloggif



Hiç yorum yok:

Yorum Gönder