5 Nisan 2015 Pazar

Qalaların əhəmiyyəti

Montage создан Bloggif
   QALALARIN           
                    ƏHƏMİYYƏTİ
      Dünyanın  çox görkəmli alimləri uzun axtarışlardan sonra nəticəyə gələrək bir xəritə yaratmışlar və bu xəritəyə " Avropanın ən qədim sakinləri " adını vermişlər.Bu xəritəyə ulu tarixə, şanlı keçmişə malik olan tək-tək məmləkətlərin adı daxil edilib.Onlardan biri də doğma Azərbaycanımızdır.Belə bir sual canlanır ağlımızda :Niyə?Azərbaycan nə ilə fərqlənir axı?
   -Çünki Azərbaycanımızın qədim tarixə malik olmasını sübut edən dəlillərimiz,maddi mədəniyyət nümunələrimiz var.Hansı ki,bu maddi mədəniyyət nümunələrinin bir hissəsini də qalalarımız təşkil edir.Azərbaycanda olan qalaların bir hissəsi də bizim rayonumuzun -İsmayıllının payına düşür.Bu qalaları araşdırdıq,öyrəndik və bizim üzərimizə düşən bir öhdəlik də bu qalaları qorumaqdır.Biz bu qalaları niyə araşdırdıq,niyə öyrəndik və yaxud da ki niyə qorumalıyıq?
   -Çünki bu qalalar bizim tariximizin bir hissəsidir.Vətənin tarixinə yalnız keçmiş kimi baxmaq olmaz.Keçmişimizin tarixi həm də bu günümüzün və gələcəyimizin bünövrəsidir.Hər bir möhtəşəm bina öz bünövrəsi üzərində dayandığı kimi,xalqların bu günü və gələcəyi də onların tarixi üzərində ucalır.Tarixi keçmişimizi öyrənməklə biz öz xalqımızın ,qədim dövlətlərimizin dünya tarixindəki yerini və rolunu müəyyən edə bilirik.Axı tariximizi bilməsək ermənilərə necə sübut edə bilərik ki,Azərbaycan torpaqları biz azərbaycanlıların əzəli torpaqlarıdır?Axı Azərbaycanın hər qayasında,hər daşında,hər addımında bizim babalarımızın izi var?Necə ki bizə qədər bu abidələr qorunub saxlanıb,biz də bu abidələri gələcək  nəsillərə ötürməyə borcluyuq.Vətəni sevmək,qorumaq hissi hər bir azərbaycanlının canında və qanında olmalıdır.Biz düşünürük ki, təkcə İsmayıllıda olan qalaları deyil,bütün Azərbaycan qalalarını araşdırıb öyrənməli,həm də onları qorumalıyıq.Eyni zamanda təkcə tariximizin bir hissəsi olan qalaları deyil,həm də Azərbaycan tarixinin,Azərbaycan xalqının izi olan bütün tarixi mənbələri qorumalıyıq.
 Təəssüfki,tarixin sərt sınaq  imtahanına məruz qalmış bu
 yadigarlar (abidələr, qalalar) insan əli ilə qurulduğu kimi, insan əli ilə  tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmış  hətta, bəziləri yerləyeksan olunmuşdur. Amma bu da möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən öz-özünü hifz etmiş  bizim əsrimizə qədər bir neçə min illik ömür
 yaşamışlar.Yenə də Tanrının sevimli bəndələriyik ki,özümüzü,vətənimizi dünya xalqları içərisində tanıtmağa kifayət qədər dəlillərimiz var.Gəlin əl-ələ verək tariximizi qoruyaq,yaşadaq tanıdaq ki,özümüz də yaşayaq,tanınaq. Tariximizin qorunub saxlanılmasında hər birimizin  zərrə qədər də olsa,rolu olarsa bütöv tariximiz yaşayar.Tarix həm də bizim ibrət dərsimizdir.Tariximizi qoruyaq ki,tarixən başımıza gələn bəlaların səbəblərini bilək, günahkarlarını yaxşı tanıyaq ki, bir də bu bəlalara düşar olmayaq.Qalalar və didər maddi mədəniyyət nümunələri bu qədər önəmli olmasaydı ermənilər Qarabağımızı işğal edərkən ilk öncə bu abidələri yerlə yeksan etməzdi.Onlar bu torpaqlardan bizim izimizi itirməyə çalışırlar.Amma azərbaycanlılar hərzamankı kimi tarixin bu sınağından da mərdliklə çıxacaqlar.
Montage создан Bloggif



3 Nisan 2015 Cuma

İsmayıllı qalaları


Montage создан Bloggif
    İsmayıllıda hansı tarixi qalalar var?
     Bu qalaların adlarını,yerləşdiyi yeri(hansı kənddə,hansı çaya yaxın yerləşməsini),nə vaxt tikilməsini,vaxtı ilə hansı məqsədlə istifadə olunmsaını müəyyən edin.

Biz  Azərbaycanımızı,eyni zamanda yaşadığımız İsmayıllı rayonunu çox sevirik.Ona görə də tariximizin bir parçası olan İsmayıllı qalalarını araşdırmaq bizim üçün çox maraqlı oldu.Araşdırmalarımız nəticəsində rayonumuzda olan  9 qalanın
olduğunu ( Biri şəhət tipli qala-Basqal,qalanları isə müdafiə tipli qalalar) müəyyən edə bildik.Bu qalalar aşağıdakılar
 
   1.Cavanşir qalası
 - İsmayıllı rayonunun Talıstan ərazisində yerləşən qala Qafqaz Albaniyasının Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir.
Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda,Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən "Qız qalası"na yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km. məsafəni isə piyada və ya atla qət etmək lazımdır.Bu qala VII əsrdə tikilib.

   
2. Girdiman qalası Girdiman qalası əsası VII əsrdə qoyulmuş qədim Qafqaz Albaniyasının Girdiman vilayətinin mərkəzi – indiki Lahıc qəsəbəsinin olduğu güman edilir. Rayon mərkəzindən 37 km şərqdə  Girdimanın sol sahilində yerləşir. Erkən orta əsrlərdə Girdiman vilayətinin, daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla bərabər, eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası olub. Lahıc qəsəbəsində 1980-cı ildə yaradılmış Tarix və Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq ərazisində 93 ədəd tikili tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22-si isə müxtəlif təyinatlı tikililərdir. Qoruğun ərazisi 80 hektardır. Lahıc  Bakı  Laqodexi  şossesinin 163 km-dən şimali şərqə 27 km məsafədə yerləşir. Lahıca avtomobillə getmək olar.

3.FİT QALASI  Şirvanşahların son iqamətgahı olub. Bu qala Şamaxı şəhərindən 35 km məsafədə Sulut  Basqal kəndlərinin yaxınlığında yerləşir və Lahıc dağları ilə əhatə olunub. Fit qalası əlçatmaz bir yerdə yerləşir. Divarların eni 3 metrdir. Divarların müəyyən hissəsi uçduğundan tam olaraq hündürlüyü məlum deyil. Lakin divarların hündürlüyünün ən azı 5 metr olduğu güman edilir. Dağın ən hündür yerində xan evi adlanan böyük bina yerləşir. Bəzi tədqiqatçılar bu qalanın hətta III əsrdə Qafqaz Albaniyası dövründə də müdafiə qalası olduğunu bildirirlər. Başqa məlumatlarda isə qala Şirvanşahlar dövrünə aid edilir. Şirvan xanı Mustafa xan Fit qalasının ətrafında üç arşın enində divar tikdirmişdir. 1795-ci ildə Ağa Məhəmməd şah Qacların hücumu zamanı Mustafa xan Fit qalasında müdafiə olunmuşdu. Qaladan XVIII əsrin sonlarına kimi istifadə olunub.

4.Qız qalası. Qala İsmayıllı rayonunun Xanəgah kəndində yerləşir.Qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədi ilə tikildiyi güman edilir.İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşir. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənmişdir. Abidənin şimal hissəsində sahəsi 300 m2 olan terrasda "içqalası"ından Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya gedən yolun üstündə "Qız qalası" istirahət mərkəzi yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən yolun son 1 km-ni piyada çıxmaq lazımdır.

5.Qasımxan qalası -İsmayıllı rayonunun Qalacıq  kəndi yaxınlığında kənddən təqribən 7–8 km şimalda Göyçay çayının mənbəyinə yaxın bir sahədə, "səngər" adlanan ərazidə, qayaların üstündə yerləşir. Qalanın mövcudluğu yalnız torpaq səddən və kərpic qırıntılardan məlum olur. Rayon ərazisində ən çox dağıntıya məruz qalan tarixi abidələrdəndir. "Qasımxan" qalasının XVIII əsrdə tikilməsi güman edilir. Qədim zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun qalıqları indi də müşahidə olunur. Qala müdafiə məqsədli istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu yoxdur. Son 2 km-ə qədər yolu atla və ya piyada getmək lazımdır.
..
6.XAN QALASI- Qala İsmayıllı rayonu ərazisindədir.Xan qalası adı ilə məlum olan abidədən bu gün bir neçə metr uzunluğu olan nisbətən hündür daş divar qalıb. Bu qala divarlarının qalıqlarıdır. Qalanın içərisində saray – kompleksi – Şirvan hakimlərinin yay iqamətgahı olub. Həmin saray kompleksinə aid olan otaqlardan ikisi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən bir neçə il əvvəl təmizlənmişdir. Qalanın XII – XIII əsrlərdən gec olmayaraq tikildiyi güman edilir.  Qalaya avtomobilə getmək olar.


7.Haram qalaıQala İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan və təbii cəhətdən son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya "Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların bir – birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, "Haram qalası" doğurdan həm də hərəm qalası olub. Qalaya Sulut kəndinə qədər avtomobillə kənddən qalaya qədər yolu isə piyada və ya atla getmək lazımdır


8. Qədim buzxana qalası - Azərbaycanın İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında yerləşir. Uzunluğu 12 m, eni   7 m olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Buzxananın cənub – qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. "Buzxana" adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır. Abidəyə Sulut kəndinə qədər avtomobillə, kənddən abidəyə qədər yolu isə piyada və ya atla getmək lazımdı.

9. Basqal - Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.


İSMAYILLI QALALARI

                              
                                      QALALAR


Zamanın sərt dönəmlərindən keçib günümüzə qədər yol gələrək sözün həqiqi mənasında tariximizə iz salan maddi mədəniyyət nümunələri arasında qalaların öz yeri var. Qalaların folklor nümunələrində öz əksini tapması heç də təsadüfi deyil. Yadellilərin hücumlarının qarşısının alınmasında onların əvəzsiz rolu barədə əfsanəyə bənzər kifayət qədər həqiqətləri bugünümüzə çatdıran hekayətlər və rəvayətlər çoxdur.
Qalalar uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan strateji əhəmiyyəti olan məntəqə deməkdir.
 İlk qalalar  hələ ibtidai icma cəmiyyətində yaranmağa başlamışdı.Bu qalalar möhkəmləndirilmiş məsgənlər şəklində olub.Bu məsgənlər torpaq bəndlər,ağac,kərpic,
daş və s. ilə əhatə olunurdu.Sonralar hasarların ətrafına su ilə doldurulmuş xəndəklər qazmağa başladılar.İnşaat işləri təkmilləşdikcə şəhərlərin ətrafında kvadrat
və ya dairəvi şəkilli divarlar çəkilməyə başladılar.Quldar dövlətlərin bir çox şəhərləri
həm də  qala idi.Qalanın içərisində  sonuncu dayaq məntəqəsi kimi içqala tikilirdi.
Azərbaycanda ən qədim qalalar siklopik tikintiləridir.  Azərbaycanda qalaların əsasən üç tipi olmuşdur:
 1.Məbədləri və din xadimlərinin əmlakını qorumağa xidmət 
edən qalalar
2.Feodal şəhərlərinin yaranması ilə meydana gəlmiş  şəhərtipli 
qalalar.
      3.  Sığınacaq rolu oynayan qalalar. 
Ərazisində qalaların çox  əksəriyyətinin  alban dövlətinin yadigarı olmasına görə Kəlbəcər  İsmayıllı rayonları daha çox
fərqlənir.